Yerevanda etirazçılar bu dəfə XİN qarşısında aksiya keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda müxalifət tərəfdarları Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirir.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya iştirakçıları nazirliyə gəlməsi planlaşdırılan baş nazir Nikol Paşinyanın qarşısını almaq üçün oraya toplaşıb.

Qeyd olunur ki, N.Paşinyanın XİN-də iclasının keçirilməsi planlaşdırılır.


Eyni zamanda, nazirlik qarşısına çoxlu sayda polis qüvvələri cəlb olunub.

Amma qeyd olunur ki, N.Paşinyan planlaşdırılan vaxtdan bir saat tez nazirliyə daxil olub. Hazırda iclasın davam etdiyi deyilir.

Teqlər: