Yerevanda əsgər yaxınları yolları bağlayıb, baş qərargah rəisi helikopterlə qaçıb (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda müharibə vaxtı itkin düşmüş əsgərlərin yaxınları ötən gündən etibarən Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alıb.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar nazirliyə gedən bütün yolları bağlayıb.

Onlar Qarabağ müharibəsində itkin düşənlərlə bağlı rəsmilərdən cavablar tələb edirlər.

Qeyd olunur ki, nazirliyin qarşısında etirazçıların toplaşması ilə əlaqədar baş qərargah rəisi Artak Davtyan ərazini helikopterlə tərk etməli olub.


Aksiyaçılar cavab alana qədər bölgəni tərk etməyəcəklərini bildiriblər.

Teqlər: