Yerevanda əsgər yaxınları Müdafiə Nazirliyinə girməyə çalışdı

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda Müdafiə Nazirliyinin əsgər yaxınları tərəfindən mühasirəsi davam edir.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, itkin düşmüş hərbçilərin valideynləri müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Davtyanla görüş tələb edir.

Bəzi valideynlər nəzarət-buraxılış məntəqəsindən keçərək nazirliyə daxil olmağa çalışıb.

Polis etirazçılara qarşı hələlik zor tətbiq etməsə də, onların sayının artırıldığı deyilir.

Qeyd edək ki, əsgər yaxınları ötən gün səhər saatlarından etibarən Müdafiə Nazirliyinin binasına gedən yolları bağlayıb.

Teqlər: