Xəbər - Orxan Nəbiyev – Trend:
Yerevanda 15 nəfər pizzadan zəhərlənib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Səhiyyə nazirliyinin xəstəliklərin profilaktikası və nəzarət mərkəzi bildirib.
Qeyd olunur ki, zəhərlənən şəxslər eyni restoranlar şəbəkəsində olub.
Zəhərlənənlər arasında iki uşağın da olduğu deyilir. Bəzi xəstələrin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.