Yerevan Qarabağ münaqişəsi boyunca primitiv “ikigedişli kombinasiya”nı işə salmağa çalışıb – “VMedia” (VİDEO)

“VMedia” “YouTube” kanalının yeni videoçarxında Yerevanın Qarabağ münaqişəsi boyunca ermənilərin qondarma “öz müqəddəratını təyinetmə” məsələsinə əsaslanan primitiv “ikigedişli kombinasiya”nı işə salmağa çalışdığı vurğulanıb. Videonun müəllifləri bildirir ki, əslində, Ermənistan tərəfindən 1918-ci ildən bəri yalnız ərazi iddiaları irəli sürülüb.

Trend-in məlumatına görə, müəlliflər Ermənistanın “miatsum” ideyası ilə Avstriyanın 1938-ci ildə “anşlüs”ü arasında, eləcə də Hitlerin “Sudet almanlarının hüquqlarının pozulması” məsələsindən istifadə etməsi arasında müqayisələr aparır.

Eyni zamanda, erməni ictimaiyyətinə cavab verə bilməyəcəkləri – “Qarabağ ermənilərinin müqəddəratını təyinetmə məsələsi ilə erməni əhalisinin olmadığı ərazilərin, keçmiş DQMV ətrafındakı Azərbaycan rayonlarının ələ keçirilməsi arasında əlaqə varmı?” kimi suallar ünvanlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: