Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində 3 439 erməni əsgərinin meyiti aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı deyib.
T.Avinyan bildirib: “Hazırda biz 3 439 nəfərin meyitini aşkarlamışıq, 766 nəfərin kimliyi müyyən edilməyib. İtkin düşənlərdə var. Mən son rəqəmləri açıqlamaq istəmirəm. Lakin ölənlərin sayı 4 min nəfəri keçməyəcək”.