Yerdə maqnit qasırğası G3 (güclü) səviyyəsinə qalxıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.
“G3 (Kp=6,67) artıq 6 saatdır ki, qeydə alınır”, – deyə bildirilib.
Qeyd edək ki, bundan öncə G1 səviyyəli maqnit qasırğasının hökm sürdüyü açıqlanmışdı.