Biləsuvar rayonunda internet xətti çəkilən zaman yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində iki kənd qazsız qalıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, rayonun Səmədabad kəndi ərazisində internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib.
Bununla əlaqədar Səmədabad və Arazbarı kəndlərinin ümumilikdə 600 abonentinin qaz təchizatı dayandırılıb.