Noyabrın 17-18-də Rusiyanın “Yeralaş” uşaq satirik kinojurnalının yaradıcı qrupu Bakıya gələcək.
Kinojurnalın bədii rəhbəri Boris Qraçevski Bakıda “Yeralaş”ın filialını açmağı planlaşdırır.
O deyib ki, müxtəlif ölkələrdə belə yaradıcı studiyalar təşkil edilib. Belə təcrübə var və artıq uşaqları çəkilişlərə necə hazırlamaqla bağlı müəyyən proqram da var.