Çilinin Atakama səhrasındakı Altiplano yaylası planetdə ən çox günəş işığı düşən ərazidir.
AzerTimes xəbər verir ki, bu barədə Qroningen Universitetinin (Niderland – red.) tədqiqatçıları məlumat yayıb.
Məlumata görə, Atakama səhrası bir neçə səbəbə görə xüsusidir:
“Bu, Yer kürəsinin ən qədim, qütblərdən kənarda yerləşən ən quraq səhradır və bəlkə də gecə səmasına baxmaq üçün ən yaxşı yerdir. Altiplano yaylasında günəş enerjisinin gücü hər kvadrat metrə 2177 vatt təşkil edir. Bu, mütləq rekorddur. Müqayisə üçün deyək ki, Yer atmosferinin yuxarı qatında radiasiya hər kvadrat metrə təxminən 1360 vatt təşkil edir. Çilinin bu qədər günəşli olmasının səbəbi ölkənin cənub yarımkürəsindəki coğrafi mövqeyi ilə bağlıdır”.