“Florence” asteroidi “NASA”nın bütün müşahidələr tarixində Yer kürəsinə doğru uçan ən böyük asteroid olacaq.
Asteroid sentyabr ayında Yer kürəsinin yanından keçəcək.
“NASA”nın məlumatına görə, 4,4 kilometr böyüklüyündə olan asteroid sentyabrın 1-də Yer kürəsinə yeddi milyon kilometr məsafədə yaxınlaşacaq.
Ekspertlər əminliklə bildirirlər ki, asteroidin Yer kürəsinə yaxınlaşması təhlükə kəsb etmir.