Yer planeti istiqamətinə asteroid yaxınlaşır

Yer planeti istiqamətinə asteroid yaxınlaşır

Yerə soyuducu ölçüsündə olan asteroid düşə bilər.

Bunu amerikalı astrofizik Nil Deqrass Tayson iddia edir.

“Soyuducu ölçüsündə olan kosmik daş 2018VP1 asteroidi saatda 25 min mildən çox sürətlə bizə tərəf yaxınlaşır. O, noyabrın 2-də Yerə düşə bilər”, – deyə N.D.Tayson bildirib.

Tayson qeyd edib ki, asteroid Yer kürəsinə ziyan vuracaq qədər böyük ölçüdə deyil. “Beləliklə, əgər dünyanın sonu 2020-ci ildə baş verərsə, bu, kainatın təqsiri üzündən olmayacaq”, – deyə o əlavə edib.