Yer kürəsi ilə bağlı şok – Video

Yer kürəsi ilə bağlı şok – Video

Geoloqlar Yer kürəsinin 100 milyon illik tarixinin bir neçə saniyə ərzində keçdiyi animasiya yaradıblar.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, alimlər Yerin təkamül dinamikasının ən əyani mənzərəsini ərsəyə gətiriblər. Videonun əvvəlində qədim superkontinent Pangeyanın dağılması nümayiş olunur.

Videodan görünür ki, 100 milyon il əvvəl gələcək Cənubi Amerika gələcək Afrika ilə praktiki olaraq vahid bir bütöv təşkil edib. Şimal yarımkürəsində torpaq nisbətən kiçik ərazilərə bölünüb və yalnız təxminən 50 milyon ildən sonra Yerin səthi az və ya çox dərəcədə müasir formasına bənzəyib. Qeyd olunur ki, model yaradılarkən təkcə tektonik plitələrin hərəkəti deyil, həm də okean sularının hərəkəti, eləcə də yer mantiyasının tədricən dəyişməsi nəzərə alınıb.

Bu elmi işin aparıcı müəllifi, Sidney Universitetinin alimi Tristan Salles bildirib ki, Yer üzündə həyatın mənşəyi sualına cavab axtarışında bəzi detallar çox vacib ola bilər. Onun sözlərinə görə, çöküntü süxurlarının qurudan necə yuyulduğunu başa düşmək xüsusilə vacibdir – məhz onlar planetin ilk sakinləri üçün yetişdirici zəmin olublar:

“Qədim Yerdə torpaq eroziyasının tam təsviri ilk canlı orqanizmlərin okeanların dərinliklərində deyil, quruda yarandığı fərziyyəsini yoxlamağa kömək edə bilər”.

Teqlər: