Yeniyetmə ana sevgilisinə qoşulub sığınacaqdan qaçdı

Yeniyetmə ana sevgilisinə qoşulub sığınacaqdan qaçdı

Sığınacaqdan heç kimə xəbər etmədən sevgilisi ilə gedən 16 yaşlı ana axtarışa verilib.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında deyib.

“Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”, – deyə E.İbrahimov bildirib.

Qeyd edək ki, bundan əvvəl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova 16 yaşlı ananın sığınacaqdan xəbər etmədən sevgilisi ilə getdiyini açıqlamışdı.

Teqlər: