Yenilik: Qatarlara elektron kimliklə minmək mümkündür

Yenilik: Qatarlara elektron kimliklə minmək mümkündür

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı artıq həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək mümkündür.

AzerTimes xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumata görə, ölkə Prezidentinin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, “My.gov.az” portalından qeydiyyatdan keçərək istifadə olunan elektron şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsinin əslinə bərabər tutulur.

Artıq hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.

Sərnişinlər üçün rəqəmsal imkanları mütəmadi olaraq genişləndirən ADY-nin yeni sistemə inteqrasiyası qatara minik prosesini daha sadələşdirir və sürətləndirir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirmsinə imkan verir.

Teqlər: