Xəbər - Humay Ağacanova – Trend:
Yenilənəbilən enerji sahəsinə investiya yatıran Azərbaycanla əməkdaşlığımız davam edəcək.
AzerTimes-ın məlumatına görə bunu Azərbaycan – Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Enerji Şurasının rəhbəri Haluk Kalyoncu deyib.
O qeyd edib ki, Azərbaycanla olan qanbağımızdan yaranan münasibətlərimizin iqtisadiyyat sahədə də davam etdirilməsi göz qabağındadır. “
Bu forumu təşkil edən Azərbaycana təşəkkür edirik. Çünki indi keçirilən və hər il keçirilməyə davam edəcək bu forum özəl sektor üçün çox faydalı olacaq”, – deyə o bildirib.