Yenidən doğuluşun mübarək Şuşam!

Bu gün Şuşanın işğalından 29 il ötmür.

Qarabağın tacı olan Şuşa 1992-ci il mayın 8-də mənfur düşmənimiz olan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Şuşanın işğalından sonra şəhərin əhalisi müxtəlif bölgələrimizə yerləşdirilmişdi.

Düşmən sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəmirdi. Torpaqlarımızn işğalından keçən otuz ilə yaxın müddətdə neçə dəfə sülha danışıqlarına görə masa arxasına oturulmuşdu. Lakin Ermənistan tərəfi həyasızcasına torpaqlarımızı qaytarmaq istəmirdi. Bu da xalqımızın səbrini daşırırırdı.

Keçən il 9 mayda Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada, Cıdır düzündə yallı getməsi səbrimizi daşıran son damla oldu. Ermənilər utanmazcasına bizim torpaqlarımız işğal etdikləri bir yana, bunu hələ qeyd edirdilər.

Biz otuz ilə yaxın müddətdə düşmən işğalında olan Şuşa və digər rayonlarımızı işğaldan azad etməyə hazır idik. Bu günü həsrətlə gözləyirdik. Nəhayət həmin gün yetişdi.

2020 ci il sentyabrın 27-i Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu atəşkəsi pozdu. Şanlı ordumuz düşmənə qarşı əks hücum əməliyyatlarına başladı.

Şanlı ordumuz İkinci Qarabağ savaşında az itki ilə böyük uğurlara imza atdı. Döyüşlərin ilk günü bir neçə kənd və strateji yüksəklik işğaldan azad olundu. Sonra rayon və şəhərlərimiz düşmən işğalından azad olunmağa başladı. Torpaqlarımızın hər qarışı uğrunda qanlar töküldü. Neçə-neçə igid oğullarımız şəhid, neçə oğullarımız isə qazi oldu. İkinci Qarabağ döyüşlərində qəhrəmanlarımız tarix yazdı. Hər bir döyüş əməliyyatı haqqında illərlə danışmaq olar.

Şuşa Qarabağın tacı, döyünən ürəyi idi. Şuşa şəhərinin azad edilməsi siyasi, strateji, həm də mənəvi məna daşıyırdı.

Dünyanıda heyrətə gətirən döyüş, Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatıdır.

Şuşanın relyefi təbii relyefi istehkam olduğundan ora ağır texnikalarla girmək mümkün deyildi. Şəhəri almağın bir neçə variantı var idi. Şuşanı almağın nisbətən rahat yollarından bir şəhərin bombardman olunması idi. Lakin şəhərin bombardman edilməsi böyük dağıntılara məruz qoyacaqdı. Komandanlıq buna getmədi. Və buna görə əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman Ordumuzun əsgər və zabitlərimi yüngül silahlarla meşələrdən keçərək, qayalar aşaraq düşmənlərimizi üzbəüz döyüşdə məhv etdi. Şuşa şəhəri noyabr ayının 8 – də Şanlı Ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Düşmən ordusu darmadağın edilmişdir.


Əziz Şuşa, sən azadsan! – Bu 8 May Şuşadayıq

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Şuşa şəhərində indi yenidənqurma işləri sürətlə gedir. Tezliklə köçkünlərimiz tarixi yurdlarına qayıdacaqlar.

Şuşa şəhəri Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Mədəniyyət paytaxtı elan edilmişdir.

Azərbaycan mədəniyyətinin paytaxtı, xarı bülbülün torpağı sən azadsan!

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu şad olsun…

Nə gözəl ki, budəfəki 8 may bir başqadır. Yenidən doğuluşun mübarək Şuşam!

Fərid Zöhrabov
Trend

Teqlər: