Xəbər verdiyimiz kimi, Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda da 5,6 bal gücündə zəlzələ olub.
AzerTimes xəbər verir ki, zəlzələ nəticəsində Malatya vilayətinin mərkəzində bir zədəli binanın, Yaşılyurdda isə bir neçə ağır zədəli binanın uçduğu bildirilir.
Hazırda insan tələfatı ilə bağlı məlumat yoxdur, xilasedicilər dağıntılar altında qalan ata və qızını çıxarmaq üçün çalışır.