Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır

Xəbər - Orxan Nəbiyev – Trend:

Yeni Zelandiyanın ən böyük şəhəri Oklend koronavirus pandemiyası ilə əlaqədar karantinə alınır.

AzerTimes-ın məlumatına görə, fevralın 28-dən etibarən yeddi gün şəhərə giriş-çıxış bağlanır.

Bu müddət ərzində supermarketlər istisna olmaqla bütün ictimai yerlər bağlanacaq. İnsanların kütləvi toplanması, idman tədbirlərinin keçirilməsi qadağan edilir.


Yeni Zelandiya baş naziri karantin müddətində sakinləri evdən işləməyə çağırıb.

Qeyd edək ki, Oklend şəhərində 1,7 milyona yaxın əhali yaşayır.