Yeni Zelandiyanın baş naziri Casinda Ardern mayın 31-də Ağ Evdə
bir sıra görüşlərinin, o cümlədən regional və qlobal məsələləri
müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə görüşünün olacağını
təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə baş nazir ABŞ-ın Harvard
Universitetində çıxışı zamanı deyib.
“İndi mən təsdiq edə bilərəm ki… çərşənbə axşamı mənim ABŞ
prezidenti ilə görüşüm olacaq. Həmin gün mən ABŞ-ın
vitse-prezidenti Kamala Harrislə görüşəcəyəm”, – deyə baş nazir
bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynadakı vəziyyət və
ABŞ-la ticarət müzakirə ediləcək. C.Ardern vitse-prezidentlə
görüşdə kosmik sektorda əməkdaşlığı müzakirə etmək
niyyətindədir.