Bu gün Yeni Zelandiyanın bir hissəsi olan Kermadec arxipelaqı ərazisində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 8 min nəfər əhalisi olan Kerakri şəhərindən 928 km şimal-şərqdə yerləşib. Təkanların mənbəsi isə 150 km dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.