Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ olub

Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin Şimal adası ərazisində, ocağı isə 217 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.