Yeni Zelandiyanın şimal sahillərində gəminin batması nəticəsində
5 nəfər itkin düşüb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “New Zealand Herald” qəzeti xəbər
verib.
Məlumata əsasən, 10 nəfər olduğu gəmi bazar günü saat 20:00
radələrində təhlükə siqnalı verib. Axtarış tədbirləri nəticəsində 5
nəfər xilas edilib, onların vəziyyətləri stabil olaraq
qiymətləndirilir.
Xilasetmə işləri hələ də davam edir.