Martın 4-də Sakit okeanda, Yeni Zelandiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Qisborn şəhərindən 238 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami xəbərdarlığı elan edilməyib.