Avstraliyadan peyvənd olunmuş Yeni Zelandiyalılar fevralın 27-dən evlərinə qayıda, digər ölkələrin peyvənd olunmuş vətəndaşları isə martın 13-dən Yeni Zelandiyaya girə biləcəklər.
AzerTimes-ın “BBC News”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Casinda Ardern deyib.
Bütün ölkəyə gələnlər 10 gün ərzində özünü təcrid etməli olacaqlar, lakin dövlət karantin müəssisələrində məcburi qalma tələbi olmayacaq.
Aprelin 12-dən ölkəyə 5 minədək əcnəbi tələbə daxil ola biləcək. Avstraliyalılar və Yeni Zelandiyaya vizasız daxil ola bilən bütün digər ziyarətçilərin iyul ayından gec olmayaraq ölkəyə gedə biləcəkləri gözlənilir. Oktyabr ayından isə adətən viza tələb edilən digər kateqoriyalı əcnəbilər və tələbələr Yeni Zelandiyaya daxil ola biləcəklər.
Qeyd edək ki, Yeni Zelandiyanın sərhədləri pandemiya səbəbindən təxminən iki ildir ki, bağlıdır. Yeni Zelandiyada epidemiya başlayandan bəri təxminən 17 min koronavirusa yoluxma halı, 53 koronavirusdan ölüm halı qeydə alınıb.