Yeni virus yayıldı, sürprizlərə hazır olun – Həkim

Yeni virus yayıldı, sürprizlərə hazır olun – Həkim

Son günlər mənşəyi bəlli olmayan virus ölkəni cənginə alıb. İddia olunur ki, bu, donuz qripi ilə COVİD-19-un birləşməsindən yaranan yeni xəstəlikdir.

AzerTimes xəbər verir ki, tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Globalinfo.az-a açıqlamasında COVİD-19 pandemiyasının rəsmən bitməsinə baxmayaraq, epidemiya və omikron ştammının mutasiya variantlarının davam etdiyini bildirib.

“Bu gün ayrı-ayrı ölkələrdə identifikasiya olunmuş ştammlar haqqında məlumatlar mövcuddur. Həmçinin, pandemiyadan başqa hər il qışda virus infeksiyaları tüğyan edir. İstər qrip, istər inoviruslar, istər koronavirusun soyuqdəymə törədən 4 forması hər il peyda olur və bu vəziyyətlə üzləşirik”.

A.Qeybullanın sözlərinə görə, 21-ci əsrin “virus əsri” olduğunu nəzərə alaraq, sürprizlərə hazır olmaq lazımdır:

“Karantin, şəxsi gigiyena qaydalarına riayət etməliyik. İnsanlarımız bəzən maska taxmadan, gigiyena qaydalarına riayət etmədən, məsafə gözləmədən yaşayırlar. Ona görə də bu cür yoluxmalar davam edir.

Hazırda dünyanın hər yerində yoluxma var. Belə vəziyyətdə yeganə yol şəxsi gigiyena və karantin qaydalarını gözləməkdir”.

Teqlər: