Xəbər - Samir Əli – Trend:
Bakıya gətirilən yeni vaqonlar xəttə buraxılandan sonra istismar müddətini başa vuran köhnə qatarlar utilizasiya ediləcək.
Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Depolarla iş departamentinin rəisi Faiq Əhmədov deyib.
O bildirib ki, köhnə qatarlar 81717 seriyalı, yeni qatarlar isə 81760-81765 seriyalıdır: “Sazlanma sınaq işləri başa çatandan sonra yeni qatar tərkibləri xəttə buraxılacaq, 81717 seriyalı qatarlar isə xətdən çıxarılacaq. Xətdən çıxarılacaq köhnə qatarlar artıq 31 ildir ki, istismar olunur. Həmin qatarlar xətdən çıxarılaraq xüsusi avadanlıqlar söküləcək və vaqonlar utilizasiya edilmək üçün təhvil verilərək doğranacaq”.