Yeni tikililərdən mənzil alanlara xəbərdarlıq

Yeni tikililərdən mənzil alanlara xəbərdarlıq

Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir:

– Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət

– İcarə və ya istifadə hüququnu təsdiq edən sənəd

– Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə

– Müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı

– İstismara qəbul aktı (qarşı tərəf binanın istismara verildiyini bildirdiyi halda)

– Alqı-satqı prosesində iştirak edəcək tikinti şirkətinin vəzifəli şəxsinin şəxsiyyətini, vəzifəsini, habelə mənzil satışını həyata keçirmək səlahiyyətinə malik olmasını təsdiq edən sənədlər

– Mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə)

– Tikinti prosesi mərhələsindən asılı olaraq yaşayış binası və mənzilə dair digər sənədlər

– Kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla nizamnamə və digər təsis sənədləri.

Teqlər: