Yeni təşkilat komitəsi yaradıldı – Sərəncam

Yeni təşkilat komitəsi yaradıldı – Sərəncam

Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə təşkilat komitəsi yaradılıb.

AzerTimes xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılıb:

Sahib Ələkbərov – İqtisadiyyat nazirinin müavini;

Sevinc İsmayılova – İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri;
Nuranə Abbasova – İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini – hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri;

Ramiz Qarayev – Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini;

Vüsal Abbasov – Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Teqlər: