İranda yeni təhsil ilinin başlaması ilə eyni vaxtda ən azı 80 min müəllim çatışmazlığı olacaq.
AzerTimes xəbər verir ki, bu barədə parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munadi məlumat verib.
O, təhsil ilinin başlamasına qədər daha 70 min müəllimin təqaüdə çıxacağına diqqət çəkərək, müəllim çatışmazlığının rəsmi statistikada göstəriləndən iki dəfə çox olacağını bildirib.
Bir neçə gün əvvəl isə İranın “Məclis” araşdırmalar mərkəzinin rəhbəri Babək Niqahdari hazırda İranda 176 min müəllimin çatışmadığını, cari təhsil ili başlayana kimi daha 72 min müəllimin təqaüdə çıxması ilə bu rəqəmin 248 min nəfərə çatacağını deyib.
Qeyd edək ki, son illər müəllimlərin əmək haqlarının artırılmaması və vaxtında ödənilməməsi səbəbindən on minlərlə müəllim bu sahəni tərk etmək məcburiyyətində qalıb.