Xəbər - Humay Ağacanova – Trend:
Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlanıb
2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dəsrliklərin sayı açıqlanıb.
AzerTimes-ın məlumatına görə bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib.
Nazir bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.
Xatlırdaq ki, bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətində keçirilməsinə əsaslanır.