Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmirinə başanılıb (FOTO/VİDEO)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
cari ilin “İnvestisiya Proqramına”na əsasən, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı
qəsəbəsində Mərkəzi küçənin təmir işlərinə start verilib.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən
küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış
mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və
təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə
boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb,
əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin
profilə salınması işləri görülüb. Hazırda zəruri yerlərdə optimal
qum-çınqıl qarışığından yol əsası işlənilir.

Yenidənqurma işləri çərçivəsində küçə boyu 1600 p/metr bardyur
və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini
təmin etmək məqsədi ilə 1500 p/metr yeni piyada səkilərinin inşası
nəzərdə tutulub.

Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü
döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq,
yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən
ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların
istifadəsinə veriləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən
və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında
həyata keçirilir.

“İnvestisiya Proqramına”na əsasən daha sonra təmir işlərinin
Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi
uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması
nəzərdə tutulur.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu
ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir
edilib.

Teqlər: