Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmiri yekunlaşır (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində Mərkəzi küçənin təmir
işləri yekunlaşmaq üzrədir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, uzunluğu 1300, eni isə 8 metr təşkil edən sözügedən
küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış
mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və
təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə
boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb,
əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və
küçənin profilə salınması işləri görülüb, zəruri yerlərdə optimal
qum-çınqıl qarışığından yol əsası işlənilib.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların yolun kənarı ilə
rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçədə 2240
p/metr yeni piyada səkiləri inşa olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda küçəyə
iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri
aparılır. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid
quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra
olunur.

Sözügedən küçədə təmir işləri 12 min kv.m-dən çox sahədə
aparılır.

Cari ilin “İnvestisiya Proqramına”na əsasən təmir işləri Yeni
Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu
1000 metr təşkil edən məhlədaxili yollarında da aparılıb. Torpaq
əsaslı yollarda artıq asfalt işləri icra olunaraq
yekunlaşdırılıb.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu
ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.
2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi
uzunluğu isə 12.5 km təşkil edir.

Teqlər: