“Meta” şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.
AzerTimes xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk”, – şirkətin açıqlamasında deyilir.
Yeni platformasının Tvitter mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.