Uels şahzadəsi Keyt Middlton Britaniya kral ailəsinin ən populyar üzvü seçilib.
AzerTimes xəbər verir ki, Britaniyanın beynəlxalq internet əsaslı bazar araşdırması və məlumat analitik şirkəti “YouGov”un keçirdiyi yeni sorğuya əsasən, britaniyalıların 76 faizi Keytə müsbət münasibət bəsləyir. Bununla da o, kral ailəsinin ən populyar üzvü seçilib. Bu göstərici ilin əvvəlindən bu yana 6 ballıq artım deməkdir.
Keyt Middltonun populyarlığının artmasına səbəbi kimi bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu etiraf edən videomesaj yayması göstərilir.
Qeyd edək ki, Keyt Middlton Kral Çarlzın varisi, Uels Şahzadəsi Uliyamla evlidir. Onların üç övladı var.