Yeni siyahıda Rəşad Nəbiyevin də adı var

Yeni siyahıda Rəşad Nəbiyevin də adı var

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

AzerTimes Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev də onlar arasındadır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.

Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025 – 2029-cu illərdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2017 – 2023-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.

Teqlər: