Ukraynaya verilən F-16 qırıcılarında quraşdırılan radioelektron mübarizə sistemləri Rusiya hərbçilərinin bütün hücumlarını dəf edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Defense One” portalı məlumat verib.
“Rusiyanın elektron mübarizə sistemləri artıq bir çox yüksək dəqiqlikli ABŞ silahlarını vurub, ona görə də Ukraynanın istifadə etdiyi F-16-larda yenidən proqramlaşdırılmış sistemlər hər təhlükəni dəf edə bilməyəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin 350-ci Spektr Müharibə Qanadının xüsusi təyinatlı elektron döyüş bölməsinin mütəxəssisləri Ukraynaya verilən F-16 qırıcılarına yenilənmiş elektron döyüş sistemləri quraşdırıblar.