Yeni sərhəd yaratmağa ehtiyac yoxdur – Mirzoyan

Yeni sərhəd yaratmağa ehtiyac yoxdur – Mirzoyan

Ermənistan Azərbaycanın əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında danışıqlara qayıtmasını gözləyir.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclası çərçivəsində Aİ diplomatik xidmətinin rəhbəri Jozef Borrell ilə birgə brifinqdə deyib.

Mirzoyan Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin payızında Qranadada dördtərəfli bəyanatlarını, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə 2023-vcü ilin may və iyul aylarında keçirilmiş üçtərəfli görüşlərdən sonra elan etdiyi qərarları yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.

O xatırladıb ki, erməni tərəfi əmindir ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi üçün əsas Sovet İttifaqının səlahiyyətli idarələrinin son xəritələri olmalıdır.

“Heç bir yeni sərhəd yaratmağa ehtiyac yoxdur: sadəcə olaraq göstərilən sərhədlər təkrarlanmalıdır”, – Mirzoyan əlavə edib.

Teqlər: