Yeni səhmlərin anderraytinqinin 66%-ni “ən gənc” investisiya şirkəti aparıb – RENKİNQ

Bakı Fond Birjasının üzvlərinin 2021-ci ilin I rübündə səhm emissiyası anderraytinq əməliyyatları həcminə görə göstəriciləri açıqlanıb.

Bazarın yeni iştirakçısı “MFX Trading İ.Ş” ASC-dir. Bunun da əsas səbəbi “Muğan Bank”ın yeni səhm emissiyasının anderraytinqini bu şirkətə tapşırması olub. Bank kapitalını 5 088 268 milyon manat artırmışdı.

Bakı Fond Birjasının üzvlərinin səhm emissiyası ticarətində göstəriciləri, 2021-ci ilin I rübü
Adı Səhm, manatla Bazar payı,%-lə
“MFX Trading İ.Ş” ASC 5,088,268 65.92
“İnvest-AZ İ.Ş” QSC 1,121,810 14.53
“Paşa Kapital İ.Ş” QSC 1,059,484 13.73
“PSG Kapital İ.Ş” QSC 204,723 2.65
Xalq Kapital İ.Ş” QSC 108,145 1.40
“BTB Kapital İ.Ş” ASC 83,752 1.09
“AzFinance İ.Ş” QSC 52,103 0.68
“Unicapital İ.Ş” ASC
“ABB İnvest İ.Ş”QSC
CƏMİ 7,718,285 100.00
Teqlər: