Yeni səfirimiz Sanduya etimadnaməsini təqdim etdi

Yeni səfirimiz Sanduya etimadnaməsini təqdim etdi

Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev etimadnaməsini Moldova Prezidenti Maya Sanduya təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə o, “X” səhifəsində paylaşım edib.

“Azərbaycanın Moldovada səfiri kimi işə başlayaraq, bu vəzifəyə layiq görüldüyüm üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bu yüksək etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm”, – o qeyd edib.

Teqlər: