ABŞ-Ukrayna təhlükəsizlik sazişi Amerika qoşunlarının Ukraynaya göndərilməsini nəzərdə tutmur.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
Bayden həmçinin əlavə edib ki, sazişə əsasən Vaşinqton Ukraynanı silah və sursatla təmin edəcək, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirəcək, Avropa və ABŞ-dakı hərbi bazalarda əsgərlərin təlimini davam etdirəcək, həmçinin iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyəti gücləndirəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski iki ölkə arasında 10 illik təhlükəsizlik sazişi imzalayıblar.