Yeni Roma Papası seçildi

Yeni Roma Papası seçildi

14:39

Konklav yenə də yeni Roma Papasını seçə bilməyib.

AzerTimes xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, hazırda Sikstin kapellasındakı bacadan qara tüstü buraxılıb.

Axşam kardinalların yenidən səsverməyə gedəcəkləri bildirilib.

Qeyd edək ki, ötən gün axşam da Papa seçilməmişdi.

***

Yeni Roma Papası seçilib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.

Onun adı tezliklə açıqlanacaq.

Teqlər: