

Xəbər verildiyi kimi, Kardinal Robert Frensis Prevo yeni Roma Papası oldu və o, XIV Leo adını götürdü. Bu, tarixdə ABŞ-dan olan ilk Papadır.
AzerTimes yeni Papanın dosyesini təqdim edir:
– 1955-ci ildə Çikaqoda anadan olub;
– Kanon hüququ elmləri doktoru, Müqəddəs Tomas Aquinas Papa Universitetinin (Angelicum) məzunu;
– 30 ildən çox Peruda xidmət edib: seminariyada dərs deyib, kilsələrlə işləyib və daha sonra yepiskop olub;
– 2001-2013-cü illərdə Avqustin ordeninə rəhbərlik edib;
– 2023-cü ildən Vatikan Yepiskoplar Dikastriyasının rəhbəri və Roma Kuriyasının ən nüfuzlu kardinallarından biri;
– O, islahatların tərəfdarı və mülayim kurs, Fransisk xəttinin davamçısı kimi tanınır.