Yeni radiokanalın açılması üçün elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb

17 fevral 2022-ci il tarixdə ümumrespublika radio kanalının
açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107.0
MHs işçi tezliyi) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci
il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi
müsabiqə üçün sənəd qəbulu başa çatıb.

AzerTimes bu barədə
quruma istinadən məlumat verir.

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim
etmişdir:


“Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);
“Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real
FM);
“İNS ÇM” MMC; (radio kanalın adı: İNS ÇM Radio);
“İsti Press” MMC (radio kanalın adı: İsti Press Radio);
“ProMediaGroup” MMC (radio kanalın adı: Sport Radio);
“Balans Studiyası” MMC (radio kanalın adı: Balans Studiyası).

Şura müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün
ərzində (19 mart 2022-ci ilədək) iddiaçıların sənədlərini araşdırıb
müsabiqənin nəticələri barədə qərar qəbul edəcəkdir.

Teqlər: