Azərbaycan Respublikası Audiovizual Şurasının iclası
keçirilb.
Şuradan Trend-ə bildirilib ki, iclasda bir sıra məsələlər
müzakirə olunub.
İlk məsələ olaraq ümumrespublika radio kanalının (Bakı şəhəri və
Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17
yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan
olunmuş müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:
“Xəzər TV” MMC (radio kanalın adı: Xəzər Xəbər Radio); “Real Təhlil
İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM); “İNS ÇM”
MMC; (radio kanalın adı: İNS ÇM Radio); “İsti Press” MMC (radio
kanalın adı: İsti Press Radio); “ProMediaGroup” MMC (radio kanalın
adı: Sport Radio); “Balans Studiyası” MMC (radio kanalın adı:
Balans Studiyası). Əvvəlcə müsabiqə komissiyasının iddiaçıların
təqdim etdiyi sənədlər və onların yerinə baxışla bağlı yekun
məruzəsi dinlənilib.
Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım
konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən
digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin
(“Real FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə
qərar qəbul olunub.
Gündəlikdə duran ikinci məsələ “Radio TMB” kanalı üçün
regionlarda yeni tezliklərin ayrılması olmuşdur. Bununla bağlı Şura
aparatının texniki mütəxəssislərinin rəyi dinlənilib.
Daha sonra “Radio Qrup” MMC-nin müraciəti və texniki
mütəxəssislərin rəyi əsasıında “Radio TMB” ümumölkə radio kanalının
yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən “Poylu”
Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki
rayonu ərazisində yerləşən “Təpəcənnət” Radio-Televiziya Yayım
Stansiyasından 94.9 MHs radiotezliyi “Radio Qrup” Məhdud
Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında qərar
qəbul olunub.
Bundan sonra, texniki cəhətdən mövcud tezlikdə yayımın
aparılmasının qeyri-mümkünlüyü və texniki mütəxəssislərin rəyini
nəzərə alaraq “İctimai Radio” ümumölkə radio kanalının yayımı üçün
Milli Televiziya və Radio Şurasının 2020-ci il 29 dekabr tarixli
13/2 nömrəli qərarı ilə İctimai Televiziya və Radio Yayımları
Şirkətinin istifadəsinə Şuşa rayonu ərazisində yerləşən “Şuşa”
Radio-Televiziya Yayım Stansiyasından ayrılmış 90.7 MHs
radiotezliyi 88.7 MHs radiotezliyinə dəyişdirilməsi haqqında qərar
qəbul olunub.
İclasda, həmçinin, televiziya kanallarının efirində yayımlanan
reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində
yayımlanan bir reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilmiş və
yayımçılara bununla bağlı müraciət qəbul olunub.
Twitter:@FaridZohrabov