Yeni qiymətlə razılaşmayanlar 130 AZN cərimələnir?

Yeni qiymətlə razılaşmayanlar 130 AZN cərimələnir?

Son günlər Aztelekom MMC-nin yeni tariflərindən imtina edən internet abunəçilərinə 130 manat cərimə kəsildiyi iddia olunur.

Maraqlıdır, iddia doğrudursa, vətəndaşlara niyə seçim haqqı verilmir? 25 manatı ödəyə bilməyən vətəndaş 130 manatı necə ödəyəcək?

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a Aztelekom MMC- nin Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

“Belə ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən ONT modeminin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.

Tariflərin tətbiq edildiyi 15 avqust 2024-cü il tarixindən etibarən 30 gün müddətində abunəçinin yazılı müraciəti əsasında internet xidmətindən imtina etməsi keçərlidir. Abunəçi ONT modemi saz vəziyyətdə geri qaytardığı halda təqdim edilmiş avadanlığın dəyəri tələb edilmir. Tarif dəyişikliyi ilə bağlı xidmətdən imtina edən abunəçilər filiallara yaxınlaşaraq ərizə ilə müraciət etməlidirlər”, – məlumatda vurğulanıb.

Əlavə olunub ki, tariflərin tətbiq edildiyi tarixdən 30 gün ərzində xidmətdən imtina ilə bağlı yazılı müraciətin edilməməsi abunəçi ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir:

“Müəyyən edilmiş müddət keçdikdən sonra qiymət dəyişikliyinə əsaslanaraq xidmətdən imtina edilməsi müqavilə üzrə razılaşdırılmış öhdəliyin pozulması hesab ediləcək”.

Qurumdan, həmçinin, istifadəçilər üçün qaydalar barədə də məlumat verilib.

“Aztelekom”un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ bu cürdür:

– 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

– Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

“Aztelekom”un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

– 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

– Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

“Baktelecom”un optik şəbəkəsinə qoşulmaq istəyən istifadəçilər üçün qaydalar​ isə aşağıdakı kimidir:

– 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

– Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

– Standart müqavilə (telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqı və ONT modemi üçün 110 AZN ödəniş edir.

“Baktelecom”un ADSL xidmətindən optik şəbəkəsinə keçid etmək istəyən mövcud istifadəçiləri üçün qaydalar:

– 12 aylıq güzəştli şərtlər (telefoniya + internet) – İstifadəçi 12 ay ardıcıl istifadə və ödəniş öhdəliyi ilə qoşulduqda 30 AZN qoşulma haqqından azad edilir və pulsuz ONT modemi əldə edir. Qeyd: Abunəçi 12 aylıq öhdəliyi pozduğu halda qoşulma və modem üçün müvafiq ödəniş etməlidir.

– Standart müqavilə (telefoniya + internet) – İstifadəçi standart müqavilə bağlayaraq telefon və internet xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün endirimlə 50 AZN ödəniş edir.

– Standart müqavilə (telefoniya) – İstifadəçi standart müqavilə bağlayaraq yalnız telefon xidməti aldıqda 30 AZN qoşulma haqqından azad edilir və ONT modemi üçün 110 AZN ödəniş edir.

Teqlər: