

Amerika fond birjasında hazırki qiymətlər gələcəkdə artım göstərəcək. Bu tədbirlər 6-7 trilyon dollar həcmində investisiya cəlb edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp yeni gömrük rüsumlarının birjaya təsirindən danışarkən deyib.
“Hesab edirəm ki, hər şey çox yaxşı gedir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ötən gün açıqladığı gömrük tarifləri ilə bağlı qərarı qlobal bazara təsirsiz ötüşməyib.