Xavyer Miley Argentina prezidenti olaraq and içib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, mərasim Konqresin binasında baş tutub.
Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə prezident lentini və estafeti təqdim edib.
Yaxın vaxtlarda yeni prezident meydana toplaşan xalq qarşısında ilk çıxışını edəcək.