Yeni pandemiya qaçılmazdır – ÜST

Yeni pandemiya qaçılmazdır – ÜST

Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir.

AzerTimes xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və “növbəti pandemiyanın gözləməyəcəyini” vurğulayıb.

ÜST rəhbəri yeni pandemiyanın 20 il və ya daha çox, yaxud sabah başlaya biləcəyini söyləyib:

“Ancaq bu baş verəcək və hər halda biz buna hazır olmalıyıq”.

Teqlər: