Yeni virus yaranıb. Liberiyada iki həftə ərzində 28 nəfər naməlum xəstəlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib ki, onlardan 12-si ölüb.
Xəstəlik temperatur, ürəkbulanma, qusma və ishal ilə özünü göstərir.
Xəstəliyin ebola olduğu zənn edilsə də, test nəticələri onun olmadığını göstərib. Belə halın yaranmasına bəzi yararsız ərzaqlar və çirkab suyun səbəb olduğu ehtimal olunur. Xəstəliyin müəyyən olunması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri və digər beynəlxalq təşkilatlar iş aparır.